Sloveniya çempionatında 25-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Zavrç" ilə qarşılaşıb. Matç 1:0 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Məsimov bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 42 xalla üçüncü pillədə qərarlaşıb.