"Ayntraxt"ın yeni baş məşqçisi bəlli oldu

Almaniyanın “Ayntraxt” klubunun yeni baş məşqçisi bəlli olub.

Newsport.az-ın məlumatına görə, Frankfurt təmsilçisini Niko Kovaç çalışdıracaq.

Klubun yaydığı xəbərdə bildirilib ki, 44 yaşlı mütəxəssislə 2017-ci ilə qədər müqavilə imzalanıb. Kovaçın son iş yeri Xorvatiya yığması olub.

Qeyd edək ki, milli komandamızın üzvü Emil Balayevin də şərəfini qoruduğu “Ayntraxt” hazırda 24 xalla 16-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right