"Çelsi”nin sabiq həkimi Eva Karneyro Joze Mourinyodan üzr istəməyi tələb edir.
Newsport.az-ın məlumatına görə, bu barədə Karneyronun vəkili açıqlama verib.
Mourinyonun xanım həkimi təhqir etməsi ilə bağlı qaldırılmış məhkəmə iddiasının növbəti dinləməsindən sonra jurnalistlərə müsahibə vəkil Meri Oruk bunları deyib: "Müvəkkilimə dəyən maddi ziyan haqqında məsələ hələ çox uzanacaq. Ancaq bundan əlavə biz Mourinyodan ictimai şəkildə üzr istəməyini də tələb edirik”.
Qeyd edək ki, Joze həm Eva Karneyronun işdən qovulmasına səbəb olmuşdu.