Məsimov oynadı, komandası bərabərə qaldı

Sloveniya çempionatında 24-cü tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, turun son matçında həmyerlimiz Samir Məsimovun çıxış etdiyi "Domjale" "Qoritsa"nı qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Məsimov qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub və sona qədər mübarizə aparıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right