Sloveniya çempionatında 24-cü tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, “Neftçi”nin sabiq yarımmüdafiəçisi Samir Məsimovun şərəfini qoruduğu "Domjale" öz meydanında "Qoritsa" ilə qarşılaşıb.
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Samir yeni komandasında ilk rəsmi oyununu keçirib. O, 68-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Domjale" 39 xalla üçüncü pillədə qərarlaşıb.