Eddi 90 dəqiqə oynadı, cəzalandı

İspaniyanın ikinci liqasında 28-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Kordoba"   səfərdə Bilbao “Atletik”inin B komandası ilə qarşılaşıb.

Oyun "Kordoba"nın qələbəsi ilə başa çatıb – 2:1. Eddi meydana start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparıb. Millimizin futbolçusu 55-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Kordoba" 46 xalla 4-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right