İsveçrə Futbol Federasiyası ilə milli komandanın baş məşqçisi Vladimir Petkoviç arasında yeni anlaşma əldə olunub.
Newsport.az saytının məlumatına görə, millinin uğurlarında bir başa pay sahibi olan mütəxəssisin müqavilə müddəti artırılıb. 52 yaşlı çalışdırıcı 2017-ci ildədək millinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Petkoviç 2014-cü ildən bu yana yığmanın sükanı arxasındadır. O, komandanı yayda Fransada baş tutacaq "Avro 2016”nın final mərhələsinə çıxarmağı bacarıb.