Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Karlsrue” Almaniya II Bundes Liqasında növbəti oyununa çıxıb.
Newsport.az saytının məlumatına görə, Nazarovun komandası XXV turu çərçivəsində səfərdə "Fortuna” ilə qarşılaşıb. Oyun "Karlsrue”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Nazarovun komandasının yeganə qoluna 75-ci dəqiqədə Yamada imza atıb.
Nazarov sözügedən qarşılaşmanı ehtiyat oyunçular skamiyasından izləyib.
Qeyd edək ki, bu qələbə sayəsində "Karlsrue” xallarını sayını 34-ə çatdırıb və 18 komanda arasında 7-ci pillədə qərarlaşıb.