UEFA-nın yeni baş katibi seçildi

Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın İcraiyyə Komitəsi qurumun yeni baş katibini seçib.

Newsport.az-ın məlumatına görə, bundan sonra həmin vəzifəni Teodor Teodoridis icra edəcək.

T.Teodoridis 2008-ci ildən Avropa futbol qurumunda çalışır. O, yeni vəzifəyə seçilənədək baş katibin müavini olub. UEFA-nın növbəti konqresi mayın 3-də keçiriləcək.

Qeyd edək ki, seçkilərin keçirilməsinə səbəb UEFA-nın sabiq baş katibi Canni İnfantinonun FİFA-ya prezident seçilməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right