Karyerasını "Montreal İmpakt”da davam etdirən məşhur futbolçu maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Newsport.az-ın məlumatına görə, o, "Çelsi”də işləyəcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib:
"İnanın, əgər fikrimdə "Çelsi”də işləmək olsaydı, indi orda idim. Amma, mənim fikrim hazırkı klubumdadır. "Montreal”da uğurlu mövsüm keçirmək və kuboklar qazanmaq istəyirəm. "Çelsi”yə gedəcəyimlə bağlı bir çox xəbərlər və şaiyələr çıxdı. Söz-söhbət futbolun bir parçasıdır. Bu dəqiqə 200 % "Montreal”a aid futbolçuyam. ”
Qeyd edək ki, Droqbanın növbəti mövsüm "Çelsi”də köməkçi məşqçi kimi çalışacağı iddia edilir.