"Qalasatasaray”dan ayrıldıqdan sonra uzun müddətdir klubsuz qalan məşhur futbolçu Emanuel Ebuenin işsiz günləri rəsmən başa çatmaq üzrədir.
Newsport.az xəbər verir ki, təxminən 1 aydı İngiltərə Premyer Liqasında mübarizə aparan "Sanderlend”də baxışda olan futbolçu ilə bağlı yekun qərar verilib. "Qara pişiklər”in baş məşqçisi Sam Allardeys Fil Dişi sahili milli komandasının futbolçusunun komandada saxlanılmasına qərar verib.
Bu barədə mütəxəssis özü İngiltərə mətbuatına verdiyi açıqlamasında xəbəri təsdiqləyib. O, Ebue ilə bağlı müsbət fikirdə olduğunu və 32 yaşlı futbolçu ilə yaxın günlərdə mövsümün sonuna qədər müqavilə imzalayacaqlarını bildirib.
Qeyd edək ki, Ebue 2015-ci ilin yayından bəri klubsuzdur.