Ulduz futbolçu qarət olundu

"Napoli"nin futbolçusu Lorenso İnsinye qarət olunub.

Newsport.az-ın məlumatına görə, ulduz futbolçu avtomobili ilə qırmızı işıqda gözləyərkən iki üzü maskalı şəxs əllərindəki silahla forvarddan 800 avro pul alıblar. Avtomobildə olan İnsinyenin həyat yoldaşının qolundakı qızıl bilərcikləri də alan qarətçilər futbolçudan növbəti oyunda qol vurmasını da tələb ediblər.

Ötən gün baş tutan hadisədə qarətçilər İnsinyenin qolundakı bahalı saatı da alaraq "Bizim üçün "Fiorentina"aya qol vur" - deyərək hadisə yerindən uzaqlaşıblar.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right