Almaniya Bundes Liqasında mübarizə aparan "Volfsburq” ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə,çempionatın XXIII turunda "Bavariya” ilə ev qarşılaşmasında zədə alan Naldonun zədəsinin ciddi olduğu bəlli olub. Belə ki, tibbi müayinədən keçən futbolçunun əməliyyata ehtiyacı olduğu bildirilib. Aparıcı müdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. Onun mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı dəqiqdir.
Qeyd edək ki, Naldo 2012-ci ildən "Volfsburq”un şərəfini qoruyur. O, komandanın heyətində 82 oyun keçirib.