İspaniya La Liqasının XVI turunda "Atletiko”ya məğlub olan "Real Madrid” ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, komandanın aparıcı hücumçusu Kərim Benzema zədələnərək sıradan çıxıb.
Qarşılaşmanın ilk hissəsində meydanda olan fransız futbolçu əzələsini dartıb. Qarşılaşmanın fasiləsi zamanı əvəzlənən forvardın 3 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, Benzema Çempionlar Liqasının 1/8 finalında "Roma” ilə cavab qarşılaşmasını buraxacaq. Onun La Liqanın bir neçə turunda da komandaya kömək edə bilməyəcəyi dəqiqdir