"Çelsi"yə 2-3 böyük futbolçu alınmalıdı" - Lempard

"Çelsi"nin sabiq futbolçusu Frenk Lempard komandanın hazırki durumunu dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, o bu barədə "Dail Mail" nəşrinə danışıb.

Əfsanəvi futbolçu bildirib ki, komandaya böyük şəxsiyyətlər lazımdı:

"Çelsi"də əsl şəxsiyyətlər çatışmır. Bu məni narahat edir. Böyük komandaya böyük şəxsiyyətlər lazımdı, yoxsa heç cür. Mən "Çelsi"dəki karyeram haqda danışmaq istəməzdim, hansı ki o dövrdə mənlə Droqba, Koul, Çex, Terri oynayırdı. Amma mənə görə Terri klubun son dəyişilməz siması idi. Komandaya 2-3 böyük futbolçu alınmalıdı. Yoxsa Premyer Liqada 11-ci pilləni tutmaq gülüncdü.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right