"Çelsi”də yeni müqavilə imzalandıb.
Newsport.az-ın məlumatına görə, London klubu yetirməsi Ruben İra Lotfus ilə müqavilə müddətini artırıb. 2014-cü ildə aşağı yaş qrupları üzrə komandadan əsas komandaya cəlb olunan müdafiəçi 2021-ci ilədək "zadəganlar”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Ruben İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.