"Mançester Yunayted"in baş məşqçisi Lui Van Qal diqqət mərkəzinə düşüb. Hollandiyalı çalışdırıcı İngiltərə Premyer Liqasının 27-ci turunda "Arsenal"la ev oyununda (3:2) maraqlı hərəkətlə diqqət çəkib. Belə ki, Van Qal oyunun gedişində matçın dördüncü hakiminə etiraz edərkən özünü qəflətən yerə atıb.
Newsport.az həmin videonu və fotoları təqdim edir.