Futbol üzrə İspaniyanın ikinci liqasında 27-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası doğma meydanda "Osasuna" ilə qarşılaşıb. Matç "Kordoba"nın məğlubiyyəti ilə başa çatıb - 0:1. Eddi bu dəfə də start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 43 xalla 22 komanda arasında beşinci pillədə qərarlaşıb.