Almaniyanın Şimal-Şərq Regional Liqasında 22-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Budissa Bautzen"lə qarşılaşıb. Matç 3:0 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Rüfət bu matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. Komandasının üçüncü qolunu da məhz Dadaşov vurub. O, 70-ci dəqiqədə rəqib qapısına yol tapmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.
Dadaşovun komandası cari mövsümdə qazandığı üçüncü qələbə sayəsində xallarının sayını 13-ə çatdırıb. Hazırda bu komanda 18 klub arasında 16-cı pillədə qərarlaşıb.