Rusiyanın U-17 yığmasının müdafiəçisi Artyom Qolubev Bakıda Azərbaycan millisinə 0:1 hesabıyla uduzduqları oyunu şərh edib.
Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun oldu. Birinci oyundan sonra biz bir qədər yorğun idik. Həm də ikinci oyunda qol vurmaq üçün elə də xüsusi şansımız olmadı. Üstəlik, bəxtimiz də gətirmədi. Azərbaycan isə kifayət qədər kuryoz qol vurdu. Avropa çempionatının final mərhələsində hamı oynamaq istəyir. Qitə birinciliyinə vəsiqə qazanmağa hər bir komandanın şansı var".