Almaniya ikinci Bundesliqasında 23-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Union Berlin"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 1:2 hesablı məğlubiyyətlə üzləşib. Nazarov bu görüşün 46-cı dəqiqəsində meydana çıxıb. Dmitri sadəcə, 79-cu dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Karlsrue" hazırda 30 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.