Messi yenə “Barselona”nın tarixinə düşdü – 10000-ci qol

“Barselona”nın futbolçusu Lionel Messi növbəti dəfə adını klubun tarixinə “qızıl hətflər”lə yazdırıb.

Newsport.az-ın məlumatına görə, ulduz oyunçu Kataloniya klubunun rəsmi oyunlarda 10000-ci qolunun müəllifi kimi tarixə düşüb. O, bu uğura dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin “Arsenal”la matçında (2:0) nail ola bilib. Həmin görüşdə dubl edən Messinin vurduğu ikinci qol onu klubun tarixinə yazdırıb. 117 yaşlı “Barselona” 10000 qol həddinə 4375-ci rəsmi oyunda çata bilib.

Maraq üçün qeyd edək ki, kataloniyalıların 5000-ci qoluna müəllifi Messinin klubdakı ilk məşqçilərindən olan Karles Rexaç idi. O, bu uğura 1970-ci ildə imza atmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right