"Valensiya"nın prezidenti Layhun Çan Harri Nevili baş məşqçi postundan göndərmək barədə düşünmədiklərini söyləyib.
Newsport.az-ın məlumatına görə, klub prezidenti futbolçuların da Nevilə inandıqlarını bildirib:
"Uğursuz seriyaya görə baş məşqçini işindən qovmurlar. Oyunçular baş məşqçiyə inanırsa, onu qovmağın adı yoxdu. Futbolçularımız Nevilə inanırlar. İspaniya mədəniyyətini yaxşı bilirəm. Nə etdiyimizi də gözəl başa düşürəm. Klub bu yolla da irəliləyəcək".