Dadaşovun dubl etdi klubuna qələbə qazandırdı

Almaniyanın Şimal-Şərq Regional Liqasında 21-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Moyzelvits"lə qarşılaşıb. Matç 2:1 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Rüfət bu matça start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu da məhz Dadaşov vurub. O, 51-ci dəqiqədə hesabı açıbsa, 82-ci dəqiqədə penaltidən qol vuraraq fərqi daha da artırıb.

Qeyd edək ki, Dadaşovun komandası cari mövsümdə qazandığı ikinci qələbə sayəsində xallarının sayını 10-a çatdırmaqla yanaşı, həm də turnir cədvəlinin zirzəmisini tər edib. Hazırda bu komanda 18 klub arasında 16-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right