Ronaldo:" “Əlbəttə, Neymarın Messiyə çatacağına inanıram"

Braziliya yığmasının keçmiş hücumçusu Ronaldo həmvətəni Neymarın tezliklə dünyanın ən yaxşı futbolçusu olacağını hesab edir.

Newsport.az-ın məlumatına görə,Ronaldo Neymar haqda bunları deyib: “Mən Neymardan çox şey gözləyirəm. Ona baxdıqca özümü xatırlayıram. Yeni mühitə alışmağı ilə bağlı problemləri var idi. Ancaq indi demək olar ki, buna nail olub.”

“Yekə diş” Neymarın Messiyə çatacağına da inandığını bildirib: “Əlbəttə, Neymarın argentinalıya çatacağına inanıram. Messi kimi güclü futbolçu olmaq üçün onda lazım olan hər şey var. Artıq o, bunu sübut etməyə başlayıb”. 

Xatırladaq ki, Neymar 2013-cü ildə “Santos”dan “Barselona”ya transfer olunub və 118 rəsmi matçda 75 qol vurub. Ronaldo isə 1996/97-ci il mövsümündə Kataloniya klubunda forma geyinib. 51 qarşılaşmada 47 dəfə fərqlənə bilib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right