Millimizin üzvü yayda Almaniya klubundan gedir – rəsmi açıqlama

Azərbaycan milli komandasının üzvü Tuğrul Erat "Fortuna"dan ayrılacaq. 

Newsport.az saytının məlumatına görə, bu barədə Düsseldorf klubunun idman direktoru Raşid Azuzi məlumat verib.

Klub rəsmisi bildirib ki, yaya qədər bir neçə futbolçunun müqaviləsini yeniləməyəcəklər. Onlardan biri də millimizin üzvü Tuğrul Erat olacaq. Eratın müqaviləsi bu ilin 30 iyununda başa çatacaq. Ondan sonra azad agent olacaq futbolçu yayda özünə yeni klub tapmaladı.
Qeyd edək ki, Tuğrul Erat "Fortuna"nın yetirməsidi. O, 2010-cu ildən çıxış etdiyi klubun U-23 komandasında 105 oyun keçirib. O,2013/14 və 2014/15 mövsümlərində əsas komandaya cəlb olunub və II Bundesliqada 34 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right