Almaniyanın "Bavariya” klubunun baş məşqçisi Pep Qvariolanın növbəti mövsümdən "Mançester Siti”ni çalışdıracağından xəbərdarsınız.
Newsport.az-ın məlumatına görə, Almaniya mətbuatı Qvariolanın Mançesterə tək getməyəcəyini və bir neçə "Bavariya”lı futbolçunu özü ilə birgə aparacağını iddia edir.
Həmkarlarımızın yazdığına görə, Pepin hədəflərindən biri də Tiaqo Alakantaradı. Belə ki, Pep "Barselona”da yetişdirdiyi futbolçunu yenidən özü ilə aparmağı planlaşdırır. Lakin İspaniya milli komandasının futbolçusunun İngiltərəyə köçmək fikri yoxdur. ESPN-ə danışan futbolçu gəzən söz-söhbətlərə münasibət bildirib: "Qvardiolanın arxasıyca getməyəcəm. Əgər komandadan ayrılmaq istəsəydim yeni müqavilə imzalamazdım.”
Qeyd edək ki, 24 yaşlı müdafiəçi 2013-cü ildən "Bavariya”da çıxış edir.