UEFA Ermənistan Futbol Federasiyasını cəzalandıra bilər

UEFA Ermənistan Futbol Federasiyasını cəzalandıra bilər.

Newsport.az-ın məlumatına görə, buna səbəb kimi isə ölkə çempionatında klub çatışmazlığı göstərilir.

Belə ki, İrəvan "Uliss"i çempionatdan uzaqlaşdırılıb. Bunun da nəticəsində Ermənistan yüksək liqasında cəmi yeddi komanda qalıb. Bu üzdən də Ermənistan çempionatının UEFA bayrağı altında keçirilən yarışların siyahısından çıxarılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Ermənistan Futbol Federasiyasının lisenziyalaşdırma komitəsi fevralın 5-də "Uliss"i danışılmış oyunlarda iştirakına görə cəzalandırmağa qərar verib. Klubun lisenziyası ləğv olunduğundan, sözügedən komanda çempionatda iştirak hüququnu itirib. "Uliss"in baş auksioneri Valeri Oqanesyan isə daha öncə maliyyə çətinliklərinə görə çempionatdan çıxdıqlarını bəyan etmişdi.

UEFA-nın qaydalarına görə, ölkə çempionatında ən azı səkkiz klub iştirak etməlidir. Ermənistan çempionatında hazırda yeddi komanda qaldığından, böyük ehtimalla UEFA bu ölkənin çempionatını tanımaqdan imtina edəcək. EFF hazırda aşağı liqada çıxış edən klublardan birini elitaya cəlb etməklə problemi aradan qaldırmağa çalışır. Amma onların da heç biri yüksək liqa səviyyəsində deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right