"Mançester Yunayted” ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar” Avropa Liqasının 1/126 final mərhələsində bu gün "Midtyulland”la qarşılaşmada aparıcı hücumçusu Ueyn Runinin xidmətindən istifadə edə bilməyəcək.
İngiltərə mətbuatı zədəsi ciddi olan hücumçunun 2 ay yaşıl meydanlardan kənarda qalacağını qeyd edib.
Qeyd edək ki, Runi "Mançester Yunayted”in ən sərrast futbolçularından biridir.