"Barselona"nın futbolçusu Lionel Messinin La Liqada vurduğu qolların sayı 300-ü keçib.
Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu La Liqada hazırda davam edən "Sportinq"ə (Xixon) qarşı matçın 25-ci dəqiqəsində fərqlənərək sözügedən turnirdə 300-cü qolunu vurub.
Görüşün 37-ci dəqiqəsində dubla imza atan L.Messi La Liqadakı qollarının sayını 301-ə çatdırıb.