Sabiq “Qəbələ”li karyerasını Avropada davam etdirəcək

"Qəbələ”nin sabiq futbolçusu Marat İzmayılovun karyerasını hansı ölkədə davam etdirəcəyi bəlli deyil. 

Newsport.az-ın məlumatına görə, futbolçu karyerasını bitirmək barədə düşünmür. 

Bu barədə Rusiya milli komandasının sabiq üzvünün meneceri Paulo Barbosa məlumat verib. O, müştərisinin karyerasını bitirmək barədə düşünmədiyini bildirib: "Vəziyyət dəyişməyib. Biz yaxşı təkliflər gözləyirik. Ümid edirəm ki, fevralın sonuna kimi bütün məsələlərə aydınlıq gələcək. Buna qədər bir neçə variant var idi. Lakin, Marat razılıq vermədi. O, Rusiyadan gələn təkliflərə də "yox” cavabı verdi. Böyük ehtimalla o, karyerasını Avropada davam etdirəcək.”
Qeyd edək ki, İzmayılov 2014-cü ildə "Qəbələ”də çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right