"Real"ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Roma" ilə oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az-ın məlumatına görə, portuqaliyalı futbolçu "niyə səfər matçlarında az qol vurursan?" sualına əsəbiləşərək belə cavab verib:
"Real"a gəlişimdən sonra səfərdə məndən çox qol vuran futbolçu deyə bilərsiniz? Bilməzsiniz? Belə futbolçu yoxdur".
Sualı cavablandırdıqdan sonra mətbuat konfransını tərk edən Ronaldonun bu hərəkətini "Real"ın baş məşqçisi Zinəddin Zidan gülüşlə qarşılayıb.
Qeyd edək ki, bu axşam keçiriləcək "Roma" - "Real" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.