İngiltərə Premyer Liqasında növbəti mövsümdən etibarən möhtəşəm rəqabətin şahidi olacağıq.
Newsport.az-ın məlumatına görə, Joze Mourinyonun "Mançester Yunayted”, Pep Qvardioklanın "Mançester Siti” ilə anlaşmasının ardından İspaniya La Liqasının öndə gedəın mütəxəssislərindən olan Dieqo Simyone "Çelsi” ilə anlaşıb.
"Diario” qəzetinin məlumatına görə ötə həftə "Atletiko” ilə müqavilə müddətini artırmayacağını açıqlayan mütəxəsəssis "Çelsi” ilə ilkin razılıq əldə edib. Qəzetin məlumatına görə argentinalı mütəxəssis Premyer Liqa klubunda 9.2 milyon avro alacaq. Mənbə həmçinin bu keçidin yaxın günlərdə rəsmən açıqlanacağını iddi edib.
Qeyd edək ki, növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaqları gözlənilən Morinyo, Qvardiola və Simyone "üçlüy”ü 2011/12 mövsümündə La Liqada çempionluq uğrunda mübarizə aparmış, sonda sevinən isə "Real Madrid”li Joze Mourinyo olmuşdu.