Hollandiyalı mütəxəssis Dik Advokatın yeni iş yerinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, son olaraq İngiltərə Premyer Liqasında mübarizə aparan "Sanderlend”i çalışdıran 68 yaşlı mütəxəssis Hollandiyada çalışacaq. O, "Feyenoord” klubunun baş məşqçisi Covanni Van Bronkhortsun köməkçisi təyin olunub. Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Advokat vaxtıilə Hollandiya, Rusiya və Serbiya milli komandalarının baş məşqçisi vəzifəsində çalışdıb.