Millimizin sabiq üzvü klubsuz qaldı

Azərbaycan milli komandasının sabiq üzvü Vüqar Əsgərov klubsuz qalıb.
Newsport.az-ın məlumatına görə, sumqayıtlı futbolçu son olaraq çıxış etdiyi Latviyanın "1625 Liepaya” klubundan ayrılıb .
Latviya klubunun heyətində 15 oyuna 22 qol vuran futbolçu hazırda təkliflərlə maraqlanır.
Qeyd edək ki, Vüqarın ölkəmizdəki son klubu "Zirə” olub.  Hücumçu Azərbaycan millikomandasının heyətində 3 oyunda iştirak edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right