Şevçenko yenidən Ukrayna millisində!

Ukrayna milli komandasının sabiq forvardı Andrey Şevçenko yenidən futbola qayıdıb. 2012-ci ildə karyerasını bitirən veteran hücumçu ölkəsinin milli komandasında məşqçi kimi çalışacaq.  
 

Newsport.az-ın məlumatına görəbu barədə məlumatı Ukrayna milli komandasının baş məşqçisi Mixail Fomenko verib: "Ukrayna Futbol Federasiyası Zacarovla müqavilə yeniləmədi. Onun yerinə Şevçenkonu seçdik. O,  bundan sonra Ukrayna milli komandasının məşqçilər korpusunda yer alacaq.”
 
Qeyd edək ki, 39 yaşlı hücumçu Ukrayna milli komandasının heyətində 111 oyun keçirib və 48 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right