"Domjale" rəsmisi: "Samir Məsimov Azərbaycanın ən populyar futbolçusudur"

"Domjale"nin idman direktoru Matey Orajem klubun rəsmi saytına azərbaycanlı futbolçu Samir Məsimov haqda dnaışıb.

Newsport.az-ın məlumatına görə, klub rəsmisi Samir Məsimovun transferi ilə bağlı xəbərlərin Azərbaycanın telekanallarında və qəzetlərində geniş vüsət aldığını bildirib: 

"Samir Məsimov komandamıza çox şey verə biləcək oyunçudur. O, Azərbaycanın ən yaxşı və populyar oyunçularından biridir. Bunu Bakıdakı azarkeşlərin və media nümayəndələrinin reaksiyası da sübut edir.

Samir bizə pulsuz başa gəldi. Onunla müqavilə bağlayarkən, bir gündə Azərbaycandan 7 jurnalist mənə zəng vurdu. Bu isə Məsimovun Azərbaycan çempionatının ulduzu olduğunu göstərir".

Qeyd edək ki, "Neftçi"dən transfer olunan Samir Məsimov "Domjale" ilə 3 illik müqavilə imzalayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right