"Barselona" Neymarla razılığa gəldi

"Barselona" futbolçusu Neymarla müqaviləni uzadacaq.

Newsport.az-ın məlumatına görə, artıq bununla bağlı tərəflər arasında ilkin razılıq əldə edilib. Bildirilib ki, yeni müqavilə ilə Neymar komanda yoldaşı Lionel Messidən sonra Kataloniya klubundan ən yüksək maaş alan ikinci futbolçu olacaq.

Qeyd edək ki, Neymar bu mövsüm La Liqada oynadığı 20 matçda 17 qol vurub və 9 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right