Ötən mövsümün sonunda "Xəzər Lənkəran”dan ayrılan qapıçı Vyekoslav Tomiçin yeni komandasının adına yaxın günlərdə aydınlıq gələ bilər.
Newsport.az saytının məlumatına görə, 32 yaşlı əlcək sahibi karyerasını Sloveniyada davam etdirməyə yaxındır. Belə ki, xorvatiyalı qapıçı hazırda "Koper” klubunun düşərgəsindədir. Azərbaycan çempionatında 21 oyun keçirmiş qolkiper artıq Sloveniya klubunun düşərgəsində 1 yoxlama görüşündə meydanda olub və əsas heyətdə mübarizə aparıb. Hazırda azad agent statusuna malik olan fubolçu ilə bağlı yekun qərarı məşqçilər korpusuvu verəcək.
Qeyd edək ki, "Hayduk”, "Şerif”, "Karabükspor” kimi komandada oynamış futbolçunun yeni komandasında Albert Riera kimi ulduz futbolçu da çıxış edib.