Nazarov oynadı, Karlsrue qalib gəldi

Almaniya ikinci Bundesliqasında 21-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Duysburq"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 1:0 hesablı qələbəyə sevinib. Nazarov bu görüşün 61-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Karlsrue" hazırda 29 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right