“Xetafe”dən Sançoya təklif RƏSMİ

“Mançester Yunayted”in sabiq vingeri Ceydon Sanço karyerasını İspaniyada davam etdirə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda azad agent statusunda olan ingiltərəli futbolçu “Xetafe”dən rəsmi təklif alıb. Bununla belə, 26 yaşlı vingerin karyerasını Yaxın Şərqdə davam etdirmək variantı da var.

“Xetafe” daha əvvəl “Real”ın sabiq müdafiəçisi və kapitanı Dani Karvahalı da heyətinə qatıb.

Sanço ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib. O, Birmingem təmsilçisinin heyətində 39 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right