"Real" Kurtuanın əvəzləyicisini Fransada tapdı

"Tuluza"nın qapıçısı Giyom Restes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Real" fransalı qolkiperi transfer etmək istəyir. Madrid nəhəngi 21 yaşlı "əlcək sahibi"ni Tibo Kurtuanın gələcək əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Giyom Restes "Tuluza"nın yetirməsidir. Fransa millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda qapısında 8 qol görüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right