“Arsenal”ın ulduz futbolçusu Məsut Özil karyerasını “Barselona” davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, türk əsilli yarımmüdafiəçi özü də London klubundan ayrılmaq niyyətindədir.
Artıq Kataloniya klubunun nümayəndələrinin Özilin meneceri ilə görüşdüyü bildirilir.
“Arsenal” da Almaniya millisinin üzvünə yeni müqavilə təklif etməyə hazırlaşır. Hələlik futbolçu karyerası ilə bağlı qərar verməyib.
Qeyd edək ki, Özilin “Arsenal”dla 2018-ci ilə qədər müqaviləsi var