Milli üzvü 27 yaşında karyerasını bitirdi

Uels milli komandasının sabiq üzvü Cek Kollinson karyerası ilə bağlı önəmli qərar verib.

Newsport.az-ın məlumatına görə, İngiltərə Premyer Liqasında mübarizə aparan "Vest Hem”in yetirməsi, son olaraq "Piterbro”da çıxış edən futbolçu 27 yaşında  karyerasını bitirib. 
 
Müdafiəçi uzun sürən ciddi zədələrin ardından bu barədə qərar qəbuil edib. 
 
Kollinson karyerasını bitirməsinə baxmayaraq futboldan kənarlaşmayacaq. O, "Piterbro”nun 21yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi təyin olunub.
 
Qeyd edək  ki, Cek Uels milli komandasının heyətində 17 rəsmi oyunda forma geyinmək şansı qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right