Neftçi"nin futbolçusu bu kluba keçməyəcək

"Neftçi"nin futbolçusu Sessi Almeydanın karyerasını yenidən Kiprdə davam etdirmək şansı olması haqda xəbər vermişdik.

Newsport.az saytına verilən məlumata görə, beninli futbolçunu Kipr yüksək liqasından istəyən klublar var.

Lakin onun "Aris"ə(Limassol) keçidi alınmayacaq. Belə ki, o, bu klubun deyil, başqa klubların təkliflərini dəyərləndirmək qərarına gəlib.

Futbolçunun fərqli ölkələrdən də təklifləri var.

Sessi özü də daha çox oynamaq üçün komandasını dəyişməyə müsbət yanaşır. 30 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.  

Yarımmüdafiəçi “Paris”, “Barnsli”, “Blekpul”, “Yovil Taun”, “Valensien”, “Tondela”, “Pau” klublarında oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right