Noyerin səhvi tarixi rekorda səbəb oldu

"Auqsburq" Almaniya Bundesliqasının 5-ci turunun "Bavariya"ya qarşı oyununun 8-ci saniyəsində hesabı açıb.

Newsport.az xəbər verir ki, qolu yarımmüdafiəçi Robin Fellhauer vurub. O, Bundesliqanın 63 illik tarixində ən tez vurulan qola imza ataraq yeni rekord müəyyənləşdirib.

Qoldan əvvəl "Bayern"in qapıçısı Manuel Noyer səhvə yol verib. Qolkiper müdafiəçidən ötürməni qəbul edərkən topa düzgün nəzarət edə bilməyib. Onun topu uzaqlaşdırmaq cəhdi uğursuz olub və top Fellhauerə dəyib. Əlverişli mövqedə olan futbolçu isə topu boş qapıya göndərib.

Əvvəlki rekord 9-cu saniyə idi. Bu göstərici 2014-cü ildə "Bayer"in (Leverkuzen) heyətində fərqlənən Kərim Bellarabi və 2015-ci ildə "Hoffenheim"da qol vuran Kevin Volland arasında bölüşdürülürdü.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right