Kostanın burnu sındı

İngiltərə Premyer Liqasının XXVI turunda doğma meydanında "Nyukasl”ı qəbul edəcək "Çelsi” ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, "zadəganlar”ın hücuçmusu Dieqo Kosta məşqlərin birində zədələnib. İspan futbolçu adı açıqlanmayan komanda yoldaşı ilə toqquşaraq burnunu sındırıb. 
 
Bu barədə komandanın baş məşqçisi Qus Hiddink məlumat verib.  Mütəxəssis Dieqo Kostanın burnunun sındığını və Sezar Azpilikuetanın üz nahiyəsində zədə oldunu bildirib. Baş məşqçi hər iki futbolçunun maska  ilə "Nyukasl”la oyuna çıxacaqlarını bildirib. 
 
Qeyd edək ki, "Çelsi” – "Nyukasl” oyunu sabah saat 21:30-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right