İngiltərə Premyer Liqasının TOP-5 klubunun “Mançester Siti”nin turnirdən xaric edilməsini və kluba transfer qadağası qoyulmasını istədiyi iddia olunur.
Newsport.az xəbər verir ki, bu barədə “FullTime Report” X sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, “Mançester Siti”nin sahibləri komandanın aşağı liqaya göndərilməsinin qarşısını almaq üçün bütün imkanlardan istifadə edir. Bildirilir ki, klubun hüquqşünasları isə sonda “şəhərlilər”in aşağı liqaya düşəcəyini gözləyirlər.
Qeyd edək ki, sentyabrın sonunda APL-in müstəqil komissiyasının “Mançester Siti”ni 2009-2018-ci illər ərzində maliyyə qaydalarının genişmiqyaslı pozulması ilə bağlı 115 ittihamdan 114-də təqsirli bildirdiyi açıqlanıb.
Klub üçün mümkün sanksiyalar arasında titulların ləğvi, xal silinməsi, transfer qadağası və böyük məbləğdə cərimə tətbiqi göstərilir.