"Liverpul" növbəti yay "transfer pəncərəsi"ndə Münhen "Bavariya"sının vingeri Maykl Olisenin Almaniya klubundan mümkün ayrılma siqnalları yaranacağı təqdirdə, onun keçidində aktiv maraq nümayiş etdirəcək.
Newsport.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Bildirilir ki, "qırmızılar" və Madridin "Real" klubu 24 yaşlı fransalı futbolçunun müqavilə vəziyyətiniı diqqətlə izləyirlər.
Olise isə "Bavariya" ilə yeni sözləşməsində onun komandadan getməsinə icazə verən bəndin yer almasını istəyir. Söhbət təxminən 200 milyon avro məbləğində sərbəstqalma bəndindən gedir.
"Bavariya" Olise ilə müqaviləni 2032-ci ilə qədər uzatmaq niyyətindədir. Lakin danışıqlar oyunçunun yeni müqaviləyə təzminat məbləği ilə bağlı bəndin daxil edilməsi tələbi səbəbindən mürəkkəbləşir.