UEFA Millətlər Liqasının B Liqasının 4-cü turunda Bosniya və Herseqovina millisi doğma meydanda Polşanı qəbul edib.
Newsport.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. İvan Basiç 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək Bosniya və Herseqovinaya 3 xal qazandırıb.
Bosniya və Herseqovina millisinin heyətinə dəvət alan “Qarabağ”ın qapıçısı Martin Zlomişliç oyuna start heyətində başlayıb və qarşılaşmanı əvəzolunmadan keçirib.
İki illik fasilədən sonra Polşa millisinə çağırılan “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç isə matçı ehtiyat oyunçular skamyasından izləyib.
Bu nəticədən sonra Bosniya və Herseqovina 8 xalla qrupda ikinci, Polşa isə 4 xalla üçüncü pillədə qərarlaşıb.